Xınalıq qar "mühasirə"sində | FOTOLAR

 Xınalıq qar "mühasirə"sində    | FOTOLAR
  13 Aprel 2026    Oxunub:1337
Qubanın dağlıq ərazilərinə qar yağır. Hazırda Xınalıq kəndində qarın hündürlüyü 10 santimetrə çatır.
Ötən günlərdən yağan qar Quba rayonunun Susay-Xınalıq avtomobil yolunda maraqlı mənzərə yaradıb. Susay və Qalaxudat kəndləri istiqamətində yolun bəzi çökək hissələrində qarın hündürlüyü 3 metrə çatır.
Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, kənarlarda “qar divarları” qalmaqdadır. Bu mənzərəni bəzi yerlərdə bir kilometrədək məsafədə müşahidə etmək olar.

Məşhur Fotoqraf Lyokinin ərazidən çəkdiyi fotoları təqdim edirik.





Teqlər: Xınalıq   Qar  



Xəbər lenti